TDT Beynəlxalq Seçki Müşahidə Missiyasının Qırğız Respublikasının Joqorku Keneşinə (Parlament) keçirilən Növbədənkənar Seçkilərin müşahidəsinin nəticələri barədə bəyanatı

TDT Beynəlxalq Seçki Müşahidə Missiyasının Qırğız Respublikasının Joqorku Keneşinə (Parlament) keçirilən Növbədənkənar Seçkilərin müşahidəsinin nəticələri barədə bəyanatı

Qırğız Respublikasının Mərkəzi Seçki və Referendum Komissiyasının dəvəti əsasında Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası, TDT-nin Baş katibinin müavini cənab Mirvokhid Azimovun rəhbərliyi ilə 26–30 noyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının Joqorku Keneşinə (Parlament) keçirilən növbədənkənar seçkiləri müşahidə edib.

TDT Katibliyinin nümayəndələri, həmçinin Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistandan olan müşahidəçilərdən ibarət Heyət öz fəaliyyətini Qırğız Respublikasının milli qanunvericiliyinə və seçkilərin təşkili və keçirilməsinə dair beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirib.

Müşahidə prosesi çərçivəsində Missiya seçkilərdən əvvəl Qırğız Respublikasının Mərkəzi Seçki və Referendum Komissiyasının sədri cənab Tınçtık Şayınazarov ilə görüşlər keçirib; seçki prosesinin hüquqi və inzibati aspektləri barədə ətraflı məlumat alıb. Missiya həmçinin namizədlərlə səmərəli görüşlər keçirərək seçki kampaniyası və namizədlərin hazırlığı haqqında birbaşa məlumat əldə edib.

Seçki günü Missiya iki qrupa bölünərək Bişkek şəhərində 19 seçki məntəqəsini ziyarət edib. Qırğız Respublikasının milli qanunvericiliyi yerli və beynəlxalq müşahidəçilərə seçki prosesini izləmək üçün geniş imkanlar təqdim edib. Missiya, yerli müşahidəçilərin fəal iştirakını yüksək qiymətləndirərək bunun seçki prosesinin şəffaflığına və ictimai nəzarətin təmin edilməsinə mühüm töhfə verdiyini qeyd edib. Seçicilərin iradəsinin azad şəkildə ifadə olunması üçün bütün zəruri inzibati tədbirlərin görüldüyü müşahidə edilib.

TDT Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğız Respublikasının Joqorku Keneşinə (Parlament) keçirilmiş Növbədənkənar Seçkilərin şəffaf və ədalətli şəkildə baş tutduğunu məmnunluqla qeyd edir və bunun bölgədə demokratik idarəçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

TDT Beynəlxalq Seçki Müşahidə Missiyasının açıqlamasının tam mətninə aşağıdakı keçid vasitəsilə baxmaq mümkündür.

Bəyanat