cngz_9036_optimized.jpg

Loqo və bayraq Təşkilatın Üzv Dövlətlərinin milli bayraqlarından elementləri özündə birləşdirir. Türk Dövlətləri Təşkilatının (keçmiş Türk Şurası) loqosu və bayrağı 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilən 2-ci Zirvə çərçivəsində Xarici İşlər Nazirləri Şurasının 2-ci İclası öncəsi keçirilən mətbuat konfransında ictimaiyyətə təqdim edilib.

Loqo və bayraq Üzv Dövlətlərin milli bayraqlarının elementlərini özündə birləşdirir. Buna uyğun olaraq; Türk Dövlətləri Təşkilatının loqosu və bayrağı, Azərbaycan Respublikasının bayrağının ulduzu, Qazaxıstan Respublikasının bayrağının mavi rəngi, Qırğız Respublikasının bayrağının günəşi və Türkiyə Cümhuriyyətinin bayrağının ayparasından ibarətdir. Türk Dövlətləri Təşkilatının bayrağı, Üzv dövlətlərin bayraqları ilə birlikdə 12 oktyabr 2012-ci il tarixində İstanbulda TDT Katibliyinin binasında keçirilən mərasimdə, Qazaxıstan Respublikasının qurucu Prezidenti cənab Nursultan Nazarbayev və Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti cənab Abdullah Gül tərəfindən ucaldılmışdır.