15. Ədliyyə və Hüquq Mühafizə Orqanları ilə Əməkdaşlıq
15. Ədliyyə və Hüquq Mühafizə Orqanları ilə Əməkdaşlıq

Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq

 TDT Ədliyyə Nazirlərinin 1-ci Görüşü 2024-cü ilin sentyabr ayında Astanada keçirilmişdir.

Görüş zamanı tərəflər TDT üzv dövlətləri arasında hüquq və ədliyyə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyən edən Astana Bəyannaməsini imzalamışlar.

Ədliyyə Nazirlikləri arasında əməkdaşlığın gücləndirilməsi, TDT-nin 2022-2026-cı illər üçün Strategiyasında və Türk Dünyası – 2040 vizyonunun həyata keçirilməsi məqsədilə qərara alınmışdır.

Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq

 TDT-nin Daxili İşlər Nazirlərinin 1-ci Görüşü 2024-cü ilin sentyabr ayında Çolpon-Atada keçirilmişdir.

Görüş zamanı nazirlər cinayətkarlığa, o cümlədən terrorizmə, ekstremizmə, kibercinayətkarlığa, narkotik və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz istehsalı və dövriyyəsinə, qanunsuz miqrasiyaya, insan alverinə, miqrant qaçaqmalçılığına, orqan ticarətinə qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinə, həmçinin təhlükəsizlik, cinayətkarlığa qarşı mübarizə və cinayətkarların axtarışı sahələrində, o cümlədən cinayət işləri üzrə məlumat mübadiləsinə sadiq olduqlarını bəyan etdilər. 

Ali Məhkəmələr Konfransı çərçivəsində əməkdaşlıq

TDT-yə üzv və müşahidəçi dövlətlərin Ali Məhkəmələrinin Sədrlərinin 1-ci Görüşü Azərbaycan Respublikasının Ali Məhkəməsinin təşəbbüsü ilə 2023-cü ilin oktyabr ayında Şuşa şəhərində keçirilmişdir.

Görüş zamanı TDT-yə üzv və müşahidəçi dövlətlərin Ali Məhkəmələrinin Sədrləri Ali Məhkəmələr Konfransının yaradılması ilə bağlı Şuşa Bəyannaməsini imzalamışlar.

Konfransın məqsədi TDT ölkələrinin Ali Məhkəmələri arasında əməkdaşlığın gücləndirilməsi, məhkəmə sistemi və məhkəmə idarəçiliyində ən yaxşı təcrübə və ideyaların paylaşılmasıdır.

Türkiyə Respublikasının Ali Kassasiya Məhkəməsinin təşəbbüsü ilə TDT Ali Məhkəmələrinin Konfransı 2025-ci il 7 may tarixində Antalyada keçirilmişdir. Konfrans zamanı tərəflər TDT Ali Məhkəmələrinin Antalya Nizamnaməsini imzalamışlar. Sənəddə TDT Ali Məhkəmələri Konfransının institusional quruluşu və onun təşkilat strukturu, fəaliyyəti və iş prinsipləri ilə bağlı müddəalar müəyyən olunmuşdur.

Baş Prokurorluqlar arasında əməkdaşlıq

 TDT-yə üzv dövlətlərin Baş Prokurorluqları arasında əməkdaşlıq mexanizmi 2021-ci ildə Bakıda keçirilmiş TDT-yə üzv dövlətlərin Baş Prokurorlarının 1-ci Görüşündə təsis edilmişdir.

Mexanizmin məqsədi məlumat mübadiləsi, hüquqi yardım tələbləri üzrə əməkdaşlıq, müntəzəm görüşlər və məsləhətləşmələr keçirmək, həmçinin qanunvericilikdəki dəyişikliklərlə bağlı birgə təlimlər təşkil etməkdir.

Baş Prokurorların 2-ci Görüşü 2023-cü ildə Ankarada, 3-cü Görüşü isə 2024-cü ildə Bişkekdə keçirilmişdir. 

Hakimlər Şuraları arasında əməkdaşlıq

 Məhkəmə-Hüquq Şuralarının 1-ci Görüşü 2015-ci ildə İstanbulda keçirilmişdir.

 Türkiyə Respublikasının Hakimlər Şurasının təşəbbüsü ilə üzv və müşahidəçı dövlətlərin Məhkəmə-Hüquq Şurası Sədrələrinin 2-ci Görüşü 2024-cü ilin may ayında İstanbulda keçirilmişdir. Görüş zamanı tərəflər əməkdaşlıq mexanizminin daha da institusional inkişafı və genişləndirilməsi üçün çərçivə müəyyən edən Bəyanat imzalamışlar.

Bu mexanizm TDT-yə üzv və müşahidəçi dövlətlərin Məhkəmə-Hüquq Şuraları arasında əməkdaşlığı gücləndirmək, hüququn aliliyini, qərəzsiz və müstəqil məhkəmə sistemini təşviq etmək məqsədinə xidmət edir.  

Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində əməkdaşlıq

TDT-yə üzv və müşahidəçi dövlətlər 2022-ci ildə İstanbulda imzalanmış Türk Ədliyyə Təlim Şəbəkəsi (TƏTŞ) haqqında Anlaşma Memorandumu əsasında TƏTŞ-i təsis etmişlər. TƏTŞ üzv və müşahidəçi dövlətlərdə hakimlər, prokurorlar və hakim-prokuror namizədləri/köməkçiləri üçün təlim keçən Türk ədliyyə akademiyaları və qurumlarının şəbəkəsidir.

2023-cü ildə Türkiyə Respublikasının Ədliyyə Akademiyasının təşəbbüsü ilə TƏTŞ-in 1-ci və 2-ci onlayn görüşləri, eləcə də TƏTŞ-in Kibercinayətkarlıq üzrə Qurultayı və Türk Hüquq Tarixi üzrə Beynəlxalq Qurultayı müvafiq olaraq Bursada və Ankarada keçirilmişdir.

2024-cü ilin iyun ayında Bakıda TƏTŞ çərçivəsində Türk Dövlətlərinin Hüquq Mühafizə Təcrübəsində Rəqəmsallaşma və İnteqrasiya üzrə Beynəlxalq Konfrans keçirilmişdir.

Notariuslar Birliyi çərçivəsində əməkdaşlıq

Türk Dünyası Notariat Birliyinin yaradılması ilə bağlı Anlaşma Memorandumu 2023-cü ilin oktyabr ayında Ankarada imzalanmışdır. 

Anlaşma Memorandumunun məqsədi notariat peşəsi sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsidir. 


Ən son yenilənmə: 18:56:29