TƏŞKİLATİ STRUKTUR

Türk Dövlətləri Təşkilatının orqanları
» Dövlət Başçıları Şurası,
» Xarici İşlər Nazirləri Şurası,
» Ağsaqqallar Şurası,
» Yüksək vəzifəli şəxslər komitəsi
» Katiblik

“Təşkilatın əsas qərar qəbul edən orqanı Dövlət Başçıları Şurasıdır, ona müddətli olaraq üzv dövlətlərdən biri sədrlik edir (əlifba sırası ilə). Təşkilatın fəaliyyəti İstanbulda yerləşən Katiblik tərəfindən əlaqələndirilir və dəstəklənir. Hazırda təşkilata Qırğızıstan tərəfindən sədrlik edilir.”

Türk xalqlarının ən qədim adəti olan “əcdad” və “ağıl” şəxsə müraciət və məsləhət institutunun qarşılığı olan Ağsaqqallar Şurası, Türk Dövlətləri Təşkilatının daimi məsləhət orqanıdır. İstanbulda keçirilən 8-ci TDT Zirvəsi zamanı Ağsaqqallar Şurasının daha təsirli olması və böyük təcrübəyə malik Ağsaqqallardan ibarət Şuradan daha çox faydalanmaq məqsədilə Ağsaqqallar Şurasının əsasnaməsi dövlət başçıları tərəfindən yenilənmiş və Şuranın sədri vəzifəsinə Türkiyəli ağsaqqal Binəli Yıldırım təyin edilmişdir.

Eyni zamanda, Ankarada yerləşən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Astanada yerləşən Beynəlxalq Türk Akademiyası, yenə Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondu, və İstanbulda yerləşən Türk Ticarət və Sənaye Palatası və Türk İnvestisiya Fondu kimi mövcud əməkdaşlıq mexanizmləri üçün çətir təşkilat rolunu oynayır.