Personnel Cover İmage

TDT Katibliyinin Ailə Fotosu


Layihə menecerləri


Ali ÇİVİLER

Ali ÇİVİLER

Marmara Universiteti Beynəlxalq münasibətlər və xarici siyasət Bölümü məzunu, Sabancı Universitetində Münaqişələrin Təhlili və Həlli Bölümü üzrə Magistr təhsili almışdır. 2008-ci ildə Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi Tədris Mərkəzində Namizəd Kadr kimi fəaliyyətə başlamış, 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin protokolu, rəsmi səfərləri, mərasimləri və müraciətləri idarəsində Namizəd Kadr, 2010–2011-ci illərdə Türkiyə Cümhuriyyəti İslamabad Səfirliyində Ataşe, Üçüncü və İkinci Katib vəzifələrində çalışmışdır. 2011-ci ildə Türkiyə Cümhuriyyəti Vaşinqton Səfirliyində İkinci Katib, 2012-ci ildə Ümumi Siyasi Məsələlər üzrə Baş Katibin Müavini və Orta və Mərkəzi Avropa Baş İdarəsi Müavini vəzifələrində İkinci Katib kimi fəaliyyət göstərmişdir. 2013-cü ildə Türk Dövlətləri Təşkilatının Katibliyinə Beynəlxalq Kadr kimi təyin edilmişdir. 2014-cü ildə Baş Katib vəzifəsinə irəli çəkilmişdir. aciviler@turkicstates.org


Togzhan BAUYRZHANKYZY

Togzhan BAUYRZHANKYZY

Qazaxıstan İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin İqtisadiyyat və Biznes fakültəsini, həmçinin Qazax Humanitar və Hüquq Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirmişdir. Böyük Britaniyanın Koventri Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi almışdır.

  • 2013–2014-cü illərdə TÜRKSOY – Beynəlxalq Türk Akademiyasında Beynəlxalq Münasibətlər üzrə Mütəxəssis kimi fəaliyyət göstərmişdir.
  • 2015-ci ildə Qazaxıstan Respublikasının Milli Muzeyində Xarici Əlaqələr Şöbəsinin rəhbəri, 2016–2017-ci illərdə isə Muzey direktorunun müşaviri olmuşdur.
  • 2018-ci ildə BMT-nin İnkişaf Proqramının (UNDP) Qazaxıstan nümayəndəliyində strateji təhlil, planlaşdırma və idarəetmə sahəsində Tədqiqat və Layihələrin Dəstəklənməsi üzrə Köməkçi kimi çalışmışdır. Qazaxstanın Hökumət Aparatının İqtisadiyyat Şöbəsində staj keçmişdir.
  • 2021–2024-cü illərdə Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyinin Strateji Təhlil və İnkişaf Baş İdarəsində, həmçinin Beynəlxalq İqtisadi Əməkdaşlıq Baş İdarəsində Baş Ekspert kimi fəaliyyət göstərmişdir.
  • 2024-cü ildə Qazaxıstan Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyində Baş Ekspert kimi işə başlamış, sonradan Strateji İnkişaf və Beynəlxalq Əməkdaşlıq Şöbəsində Bölmə rəhbəri vəzifəsinə təyin olunmuşdur.
  • 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Katibliyinə beynəlxalq əməkdaş kimi təyin edilmişdir.

 t.bauyrzhankyzy@turkicstates.org


 Nabijon KUVONDIKOV

Nabijon KUVONDIKOV

Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirmişdir. Eyni universitetdə Dünya İqtisadiyyatı və Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə magistr dərəcəsi, Yaponiyanın Vaseda Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi almışdır.

  • 2007–2010-cu illərdə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin MDB Ölkələri ilə Əməkdaşlıq Baş İdarəsində attaşe, üçüncü katib və ikinci katib vəzifələrində diplomatik karyerasına başlamışdır.
  • 2012–2018-ci illərdə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Regional Təşkilatlarla Əməkdaşlıq Baş İdarəsində birinci katib və bölmə rəhbəri vəzifələrində çalışmışdır.
  • 2018–2020-ci illərdə Özbəkistan Respublikasının İspaniya Krallığındakı Səfirliyində ikinci katib vəzifəsində fəaliyyət göstərmişdir.
  • 2020–2022-ci illərdə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin BMT Strukturları və Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Baş İdarəsində bölmə rəhbəri vəzifəsində çalışmışdır.
  • 2023–2025-ci illərdə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Regional Təşkilatlarla Əməkdaşlıq Baş İdarəsində bölmə rəhbəri vəzifəsində fəaliyyətini davam etdirmişdir.
  • 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Katibliyinə beynəlxalq əməkdaş kimi təyin edilmişdir.

nabijon@turkicstates.org


 


Murodjon MUSTOFAEV

Murodjon MUSTOFAEV

Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti, Beynəlxalq Hüquq Fakültəsi üzrə təhsil almışdır. Özbəkistan Respublikasının Strategiya Analizi və Proqnozlaşdırma Ali Məktəbində Sistem Analizi üzrə Magistr dərəcəsi vardır.

  • 2018-ci ildə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyində Müqavilə-Hüquq Departamentinin 3-cü Katibi vəzifəsində işləməyə başlamışdır.
  • 2020–2023-cü illərdə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyinin Regional Təşkilatlarla Əməkdaşlıq İdarəsində İkinci Katib və Birinci Katib vəzifələrində çalışmışdır.
  • 2024-cü ildə Türk Dövlətləri Təşkilatının Katibliyinə Beynəlxalq Kadr kimi təyin edilmişdir.

murodjon@turkicstates.org


Dastan URMANBETOV

Dastan URMANBETOV

Qırğızıstan Beynəlxalq Universiteti, Diplomatiya və Beynəlxalq Hüquq Bölümü üzrə Magistr dərəcəsi ilə bitirmişdir.

  • 2005-ci ildə Qırğızıstan Respublikası Parlamentinin Beynəlxalq Əməkdaşlıq Şöbəsində Məsləhətçi kimi fəaliyyətə başlamış, sonradan Baş Məsləhətçi, daha sonra isə Ekspert və Beynəlxalq təşkilatlar üzrə məsul işçi vəzifələrinə irəli çəkilmişdir.
  • 2013–2017-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərində, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadi Əməkdaşlıq Komissiyasının Katibi kimi çalışmışdır.
  • 2017-ci ildə Qırğızıstan Respublikası Parlamenti Beynəlxalq Əməkdaşlıq və Protokol Şöbəsində, iki və çoxtərəfli əlaqələr üzrə Sektor Rəhbəri vəzifəsinə irəli çəkilmişdir.
  • 2019–2022-ci illərdə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin Üçüncü Siyasi İdarəsində Məsləhətçi kimi fəaliyyət göstərmişdir.
  • 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Katibliyinə Beynəlxalq Kadr kimi təyin edilmişdir.

urmanbetov@turkicstates.org


Hasan HUSEYNOV

Hasan HUSEYNOV

Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadi Əlaqələr Bölümü və Bakı Dövlət Universiteti, Beynəlxalq Hüquq Bölümü üzrə təhsil almışdır. Azərbaycan Dövlət İqtisad Universitetindən Beynəlxalq İqtisadi Əlaqələr üzrə Magistr dərəcəsi vardır.

  • 2003-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində Məsul işçi və Ataşe kimi fəaliyyətə başlamışdır.
  • 2005-ci ildə Azərbaycan Respublikasının Karsdakı Baş Konsulluğuna Üçüncü Katib təyin edilmiş və 2008-ci ilə qədər Baş Konsul Müavini vəzifəsində çalışmışdır.
  • 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsində Üçüncü Katib, daha sonra isə İkinci Katib vəzifəsində fəaliyyət göstərmişdir.
  • 2011-ci ildə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinə İkinci Katib təyin edilmiş və 2014-cü ilə qədər Birinci Katib vəzifəsində çalışmışdır.
  • 2014-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin Birinci Katibi, daha sonra isə Şöbə Rəhbəri vəzifəsinə irəli çəkilmişdir.
  • 2017–2021-ci illərdə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində Birinci Katib, Məsləhətçi və Müvəqqəti İşlər Vəkili (Chargé d’Affaires) vəzifələrində çalışmışdır.
  • 2021-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin Şöbə Rəhbəri təyin edilmişdir.
  • 2023-cü ildə Türk Dövlətləri Təşkilatının Katibliyinə Beynəlxalq Kadr kimi təyin edilmişdir.

hasan@turkicstates.org 


Adilet YESSIMKHANOV

Adilet YESSIMKHANOV

İstanbul Aydın Universiteti, Xarici Siyasət və Beynəlxalq Münasibətlər Bölümü üzrə təhsil almışdır. Turan-Astana Universitetində Dövlət və Yerli İdarəetmə üzrə İctimai İdarəetmə ixtisasında Magistr dərəcəsi vardır.

  • 2017–2018-ci illərdə Qazaxıstan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Mütəxəssis vəzifəsində çalışmışdır.
  • 2019-cu ildə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Siyasət İdarəsində Mütəxəssis kimi fəaliyyətə başlamışdır.
  • 2020–2023-cü illərdə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin Rusiya, Qafqaz, Avropa və MDB Ölkələri İdarəsində Mütəxəssis və Ataşe vəzifələrində çalışmışdır.
  • 2023-cü ilin avqust ayında Türk Dövlətləri Təşkilatının Katibliyinə Beynəlxalq Kadr kimi təyin edilmişdir.

yessimkhanov@turkicstates.org


Farid MAMMADOV

Farid MAMMADOV

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Dublin Texnologiya İnstitutunun İdarəetmə Fakültəsində magistr dərəcəsinə malikdir.

  • 2013-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentində Ataşe kimi karyerasına başlamışdır.
  • 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində İqtisadi və Ticarət Məsələləri üzrə 3-cü Katib vəzifəsində çalışmışdır.
  • Azərbaycana qayıtdıqdan sonra 2018–2019-cu illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentində fəaliyyətini davam etdirmişdir.
  • 2019–2023-cü illərdə Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyində İkinci Katib vəzifəsində çalışmış, sonra Bakıya dönərək Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentində Birinci Katib vəzifəsinə təyin olunmuşdur.
  • 2024-cü ildə Türk Dövlətləri Təşkilatının Katibliyinə Beynəlxalq Kadr kimi təyin edilmişdir.

farid@turkicstates.org


Mine SERTKAN

Mine SERTKAN

Hacettepe Universiteti, İngilis Dili və Ədəbiyyatı Bölümü və Anadolu Universiteti, Beynəlxalq Münasibətlər Bölümü üzrə təhsil almışdır.

  • 2011-ci ildə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Avropa Şurası və İnsan Hüquqları Baş İdarəsində, 2012–2017-ci illərdə isə Tərcümə Departamentində Tərcüməçi kimi çalışmışdır.
  • 2017-ci ildə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Konsul namizədi və Məsul İşçi kimi fəaliyyətə başlamışdır.
  • 2017–2019-cu illərdə Dəstək Xidmətləri Baş İdarəsində Konsul namizədi və Məsul İşçi və Ataşe vəzifəsində çalışmışdır.
  • 2019–2024-cü illərdə Türkiyə Respublikasının Lusakadakı Səfirliyində Ataşe və 3-cü Katib vəzifələrində çalışmışdır.
  • 2024-cü ildə Türk Dövlətləri Təşkilatının Katibliyinə Beynəlxalq Kadr kimi təyin edilmişdir.

. mine.sertkan@turkicstates.org


Harun Nurullah TANZI

Harun Nurullah TANZI

Yeditepe Universiteti, Xarici Siyasət və Beynəlxalq Münasibətlər Bölümü üzrə təhsil almışdır. Hacettepe Universitetində Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsinə sahibdir.

  • 2013-cü ildə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyində işləməyə başlamışdır, 2014-cü ildə Xarici İşlər Nazirliyinə keçmişdir.
  • 2014–2017-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq İşləri Baş İdarəsində, Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsində və Türkiyə Respublikasının Prezident Administrasiyasının Protokol Şöbəsində çalışmışdır.
  • Xaricdə, Türkiyə Respublikasının Dakka Səfirliyində (2017–2019), Riqada (2019–2020) və Lefkoşadakı (2020–2023) səfirliklərində müvafiq olaraq 3-cü Katib, 2-ci Katib və 1-ci Katib vəzifələrində xidmət göstərmişdir.
  • 2023-cü ildə Ankaraya qayıdaraq Xarici İşlər Nazirliyinin Dəstək Xidmətləri Baş İdarəsində 1-ci Katib kimi çalışmışdır.
  • 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Katibliyinə Beynəlxalq Kadr kimi təyin edilmişdir.

hntanzi@turkicstates.org



Maliyyə meneceri


Bahar KILIÇ

Bahar KILIÇ

Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə Bölməsini bitirmişdir.

  • 2008-ci ildə Kırıkkale Milli Əmlak İdarəsində Köməkçi Milli Əmlak Mütəxəssisi vəzifəsində işə başlamışdır.
  • 2011-ci ildə 2-ci Dönəm Maliyyə Xidmətləri Köməkçi Mütəxəssisi imtahanını keçdikdən sonra Xarici İşlər Nazirliyində işə başlamışdır. Üç il Köməkçi Mütəxəssis vəzifəsində çalışdıqdan sonra “Türk Maliyyə İdarəetməsində İctimai Xərclərin Səmərəliliyinin Təmin Edilməsi və Təcrübələr” mövzusunda dissertasiyasını tamamlamış, ixtisaslaşma imtahanlarını uğurla vermiş və Maliyyə Xidmətləri Mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Xarici İşlər Nazirliyinin Strategiya İnkişafı Baş İdarəsində 11 il müddətində çalışmış, bu dövrdə Nazirliyin büdcəsinin hazırlanması və həyata keçirilməsinə cavabdeh olmuşdur.
  • 2022-ci ildə Baş İdarə Rəhbəri vəzifəsinə təyin olunmuş, Nazirliyin Strateji Planı, İcra Proqramı və İdarəetmə Fəaliyyət Hesabatının hazırlanma proseslərini idarə etmiş və bu sənədlərin əsaslarının işlənməsində fəal iştirak etmişdir.
  • 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Katibliyində Maliyyə Meneceri vəzifəsinə təyin edilmişdir.

 bahar.kilic@turkicstates.org



Tədqiqat mütəxəssisləri


Burcu KORKMAZ

Burcu KORKMAZ

Boğaziçi Universitetinin Humanitar və Təbiət Elmləri Fakültəsi, Tarix Bölməsini bitirmişdir. Marmara Universitetinin Avropa İnstitutunda Magistr dərəcəsi almışdır.
1996-cı ildə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Köməkçi Regional Koordinator vəzifəsində işə başlamış, 2000–2010-cu illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (BSEC BC) Beynəlxalq Katibliyində Baş Katibin Köməkçisi və Layihə Koordinatoru vəzifələrində çalışmışdır.
2010-cu ildən Türk Dövlətləri Təşkilatının Katibliyində işə başlamışdır. burcukorkmaz@turkicstates.org


Almagul SERIKBAYEVA

Almagul SERIKBAYEVA

KIMEP Universitetindən Jurnalistika ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Northwestern Universiteti, Medill Jurnalistika Məktəbi, Media və İnteqrasiya Olunmuş Marketinq Kommunikasiyaları ixtisası üzrə Jurnalistika magistr dərəcəsi almışdır. Paulsen Ailəsi Təqaüdü və Medill Merit Təqaüd Proqramının sahibi olmuşdur.

  • 2023-cü ildə James W. Foley Legacy Foundation tərəfindən təqaüd almışdır. Bundan əvvəl San-Fransisko şəhərində yerləşən Qazaxıstan Respublikasının Baş Konsulluğunda təcrübə keçmişdir.
  • 2022-ci ildə Qazaxıstan Respublikasının Baş Naziri yanında Mətbuat Xidmətində Sosial Media Meneceri vəzifəsində çalışmışdır. 7th Channel, Atameken Business, 24KZ və Informburo.kz də daxil olmaqla müxtəlif media təşkilatlarında jurnalist və kontent meneceri kimi fəaliyyət göstərmişdir.
  • 2024-cü ilin yanvar ayında Türk Dövlətləri Təşkilatında Tədqiqat üzrə Ekspert vəzifəsinə təyin edilmişdir.

a.serikbay@turkicstates.org