Əməkdaşlıq Sahələri

Qəbul edilmiş əməliyyat prinsiplərinə uyğun olaraq, TDT üzv dövlətlər arasında mövcud olan ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi hədəfləyir. Bu baxımdan, ilkin olaraq mövcud və ya potensial əməkdaşlıq maneələri müəyyən edilir; daha sonra bu maneələrin aradan qaldırılması və yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün zəruri addımlar atılır. Bu çərçivədə, Təşkilatın əməkdaşlıq sahələrində üzv dövlətlərin ekspertlərindən ibarət işçi qrupları yaradılır. Bu qruplar tərəfindən qəbul edilən qərarlar ayrıca bir sənəddə əks etdirilir və diqqətlə izlənilir. Bütün işlər koordinasiyalı şəkildə həyata keçirilir və təkrarlanmalardan qaçınılır.

Təşkilat üzv və müşahidəçi dövlətlər arasında iqtisadiyyatdan nəqliyyata və gömrüyə, enerjidən kənd təsərrüfatına, təhsildən gənclər və idmana, rəqəmsallaşmadan ədliyyə və təhlükəsizliyə, mədəniyyətdən turizm və səhiyyəyə qədər 20-dən çox müxtəlif sahədə çoxşaxəli əməkdaşlıq imkanları yaradır. TDT üzvlərinin və müşahidəçilərinin rifahı naminə konkret addımlar atır və müxtəlif layihə və təşəbbüslər həyata keçirir. Bunlara Türk Ticarət və Sənaye Palatası, Türk İnvestisiya Fondu, Transxəzər Nəqliyyat Dəhlizi, Bacı Limanlar Prosesi, Səhiyyə Elmləri Şurası, Müasir İpək Yolu və Təbərrük Ziyarət Layihələri, Orxon Prosesi, Gənclər və İdman Layihələri daxildir.

(Bu bölmə hal-hazırda yenilənir və son məlumatlar əlavə olunur)