FOTO QALEREYASI
Təşkilatın Yeddinci Zirvə Toplantısı 15 oktyabr 2019-cu ildə Bakıda keçirildi. Zirvə Toplantısı Təşkilatın əsası olan Naxçıvan Sazişinin 10-cu ildönümünə təsadüf etdi və Özbəkistanı yeni üzv olaraq qarşıladı.
Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyevin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatının Doqquzuncu Zirvə Toplantısı 11 noyabr 2022-ci ildə Türk Sivilizasiyasının Paytaxtı elan edilən Səmərqənd şəhərində keçirildi.
Azərbaycan Respublikasının təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı 16 mart 2023-cü ildə Ankarada “Fəlakət-Təcili Halların İdarə Olunması və Humanitar Yardım” mövzusunda keçirildi.
Türk Dövlətləri Təşkilatının Onuncu Zirvə Toplantısı 3 noyabr 2023-cü ildə Astanada “Türk Zamanı” şüarı altında keçirildi.
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısı, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin ev sahibliyi ilə 6 iyul 2024-cü ildə Azərbaycanın Şuşa şəhərində keçirildi.
Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarovun ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) On Birinci Zirvə Toplantısı 6 noyabr 2024-cü ildə Bişkekdə keçirildi.