
Loqo və bayraq Təşkilatın Üzv Dövlətlərinin milli bayraqlarının elementlərini ehtiva edir.
Türk Dövlətləri Təşkilatının (keçmiş adı ilə Türk Şurası) loqosu və bayrağı 22 avqust 2012-ci ildə Bişkekdə keçirilmiş Təşkilatın II Zirvəsi ərəfəsində Xarici İşlər Nazirləri Şurasının mətbuat konfransı zamanı ictimaiyyətə təqdim edilmişdir.
Loqo və bayraq Təşkilatın Üzv Dövlətlərinin milli bayraqlarının elementlərini ehtiva edir.
Beləliklə, loqo və bayraq Azərbaycan Respublikasının bayrağındakı ulduzdan, Qazaxıstan Respublikasının bayrağındakı mavi rəngdən, Qırğız Respublikasının bayrağındakı günəşdən və Türkiyə Respublikasının bayrağındakı ayparadan ibarətdir.
Türk Dövlətləri Təşkilatının bayrağı Üzv Dövlətlərin bayraqları ilə birlikdə 12 oktyabr 2012-ci ildə İstanbulda Təşkilatın binasında Qazaxıstan Respublikasının qurucu Prezidenti cənab Nursultan Nazarbayev və Türkiyə Respublikasının 11-ci Prezidenti cənab Abdullah Gül tərəfindən rəsmi mərasimlə ucaldılmışdır.