TDT-nin Baş Katibi Türkiyə Respublikasının Əmək, Məşğulluq və Sosial Təhlükəsizlik Naziri ilə görüşüb

TDT-nin Baş Katibi Türkiyə Respublikasının Əmək, Məşğulluq və Sosial Təhlükəsizlik Naziri ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Əmək, Məşğulluq və Sosial Təhlükəsizlik Nazirlərinin I Toplantısı çərçivəsində TDT-nin Baş Katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Respublikasının Əmək və Sosial Təhlükəsizlik Naziri Vedat Işıkhan ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı tərəflər əmək, məşğulluq və sosial təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar və siyasət koordinasiyasının gücləndirilməsi, TDT regionunda daha inklüziv və dayanıqlı əmək bazarlarının formalaşdırılması istiqamətində birgə səylərin artırılması zərurətini qeyd ediblər.

Tərəflər planlaşdırılan təşəbbüslər barədə fikir mübadiləsi aparıblar, işçi qüvvəsinin hərəkətliliyinin yaxşılaşdırılması, bacarıqların inkişaf etdirilməsi, sosial müdafiə mexanizmlərinin genişləndirilməsi və TDT-yə üzv dövlətlərin işçilərə daha yaxşı dəstək göstərilməsi prioritetlərini diqqətə çatdırıblar.

Eyni zamanda, 2026-cı ildə Türkiyə Respublikasında keçirilməsi planlaşdırılan TDT-nin Əmək, Məşğulluq və Sosial Təhlükəsizlik Nazirlərinin II Toplantısına hazırlıq məsələləri də müzakirə olunub.