Türk Dövlətləri Təşkilatının (TDT) Enerji üzrə İşçi Qrupunun 5-ci iclası TDT-yə üzv ölkələrin mütəxəssislərinin iştirakı ilə 9 dekabr 2025-ci il tarixində İstanbul şəhərində keçirilib.
Tərəflər regionda və dünyada baş verən son inkişaflar fonunda TDT ölkələrinin ümumi enerji potensialını müzakirə edərək, gələcəyə yönəlik birgə enerji layihələri barədə fikir mübadiləsi aparıblar.
TDT ölkələrinin enerji təhlükəsizliyini artıran, enerji şaxələndirilməsini gücləndirən, eləcə də enerjinin Türk dövlətləri ilə Avropa arasında ötürülməsini təmin edən təşəbbüslərə xüsusi diqqət yetirilib.
Heyətlər, həmçinin, 10 dekabr 2025-ci ildə İstanbulda keçiriləcək TDT-nin Enerji sahəsi üzrə nazirlərinin 5-ci İclasının Gündəliyinin və Proqramının layihəsini də müzakirə ediblər.









