Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumu Rəhbərlərinin 2-ci görüşü Bakıda keçirilib

Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumu Rəhbərlərinin 2-ci görüşü Bakıda keçirilib

Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumu Rəhbərlərinin 2-ci görüşü 3 dekabr 2025-ci il tarixində Bakı şəhərində keçirilib. Görüş TDT-yə üzv və müşahidəçi dövlətlərin mülki və hərbi xəritəçəkmə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirib.

TDT-nin Baş katibinin müavini Merey Mukazhan açılış sessiyasında çıxış edərək TDT çərçivəsində geodeziya, kartoqrafiya və kadastr sahələrində artan əməkdaşlığı vurğulayıb.

Merey Mukazhan həmçinin Türk dünyasının coğrafiya və kartoqrafiya sahəsində zəngin elmi irsinə diqqət çəkərək, XI əsrdə ən erkən dünya xəritələrindən birini hazırlayan Mahmud Kaşğari, eləcə də XVI əsrdə qitələrin və əsas coğrafi bölgələrin ən qədim ətraflı təsvirlərindən birinin müəllifi olan Piri Rəis kimi görkəmli alimlərin töhfələrini xatırladıb.

Görüş müddətində nümayəndə heyətləri mövcud təşəbbüslər barədə fikir mübadiləsi aparıb və aidiyyəti qurumlar arasında texniki əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər. Tərəflər kartoqrafiya və geodeziya sahələrində TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ortaq iradələrini ifadə ediblər.

Görüşün yekunu olaraq, TDT Xəritəçəkmə Qurumu Rəhbərlərinin 2-ci görüşünün Birgə Bəyanatı imzalanıb. TDT Xəritəçəkmə Qurumu Rəhbərlərinin 3-cü görüşünün 2026-cı ildə Qazaxıstan Respublikasında keçirilməsi nəzərdə tutulur.