Azərbaycan Baş Naziri, TDT-nin Baş katibini və TDT-yə üzv və müşahidçi dövlətlərin Çalışma, Əmək və Sosial Müdafiə Nazirlərini və Nazir müavinlərini qəbul edib.

Azərbaycan Baş Naziri, TDT-nin Baş katibini və TDT-yə üzv və müşahidçi dövlətlərin Çalışma, Əmək və Sosial Müdafiə Nazirlərini və Nazir müavinlərini qəbul edib.

Türk Dövlətləri Təşkilatının (TDT) Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin 1-ci iclası çərçivəsində, 5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, TDT-nin Baş katibi səfir Kubanıçbek Ömüralıyevi və TDT-yə üzv və müşahidəçi dövlətlərin əmək, məşğulluq və sosial müdafiə sahəsinə məsul heyət rəhbərlərini qəbul edib.

Görüş zamanı Azərbaycan Baş naziri TDT ölkələri arasında xüsusilə vətəndaşların rifahına birbaşa təsir edən sahələrdə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

TDT-nin Baş katibi, əmək, məşğulluq və sosial müdafiə sahələrində gücləndiriləcək əməkdaşlığın regional inteqrasiyanın dərinləşdirilməsində mərkəzi rol oynayacağını qeyd edib. O, TDT-yə üzv ölkələrdən minlərlə vətəndaşın Türk dünyası məkanında çalışdığını bildirərək, onların ləyaqətli əmək imkanlarına, ədalətli mobillik mexanizmlərinə və güclü sosial müdafiə sistemlərinə çıxışının təmin edilməsinin ümumi məsuliyyət olduğunu vurğulayıb.