Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev, 1 dekabr 2025-ci il tarixində Budapeşt şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun müavini cənab Viorel Qutu ilə işgüzar görüş keçirib.
Görüşdə tərəflər, TDT ilə FAO arasında mövcud olan hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin gələcək dövrün gündəliyi və yaxınlaşan tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin mütəxəssisləri, ərzaq təhlükəsizliyi və qidalanma, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatının rəqəmsallaşdırılması, gənclərin səlahiyyətləndirilməsi, eləcə də heyvandarlıq və baytarlıq sahələri də daxil olmaq üzrə, FAO-nun TDT-yə üzv dövlətlərlə mövcud əməkdaşlıq sahələri barədə TDT-nin Baş katibinə məlumat təqdim ediblər.
Tərəflər TDT ilə FAO arasında əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş konstruktiv məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.









