TDT-nin Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin Birinci İclası

TDT-nin Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin Birinci İclası

Türk Dövlətləri Təşkilatı (TDT) Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin birinci iclası 5 dekabr 2025-ci il tarixində Bakı şəhərində keçirilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin ev sahibliyi etdiyi iclasa Türkiyə Respublikası Əmək və Sosial Təhlükəsizlik naziri Vedat İşıqhan; Qırğız Respublikası Əmək, Sosial Təhlükəsizlik və Miqrasiya naziri birinci müavini Kamçıbek Dosmatov; Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazir müavini Viktoriya Şegay; Özbəkistan Respublikası Əmək və Yoxsulluğun Azaldılması nazir müavini Sirociddin Bobokulov; Macarıstan Milli İqtisadiyyat Nazirliyi Əmək Siyasəti üzrə Dövlət Katibi Sandor Czomba; Şimali Kipr Türk Respublikası Əmək və Sosial Təhlükəsizlik naziri Oğuzhan Hasipoğlu; Türkmənistan Əmək və Əhalinin Sosial Müdafiəsi nazir müavini Halbibi Taçjanova və TDT Baş katibi böyükelçi Kubanıçbek Ömüraliyev qatılıb.

Baş katib çıxışında “Türk Dünyası 2040 Vizyonu” və “TDT-nin 2022–2026 Stratejisi” çərçivəsində TDT-yə üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb. İnsan üçün layiqli əmək şəraitinin təşviqi, işçi qüvvəsinin hərəkətliliyinin gücləndirilməsi, sosial müdafiə sistemlərinin inkişafı və məşğulluq xidmətlərində rəqəmsal həllərin tətbiqi üçün mexanizmlərin yaradılmasının vacibliyini qeyd edib.

Heyət başçıları platformanın fəaliyyətə başlamasını məmnunluqla qarşılayaraq yaxşı təcrübələrin paylaşılması, peşə təhsili və bacarıqların inkişafı işlərinin gücləndirilməsi, işçi qüvvəsinin hərəkətliliyinin təşviqi və inkişaf edən əmək bazarı çağırışlarına qarşı birgə səylərin koordinasiyasına diqqət çəkiblər.

Toplantının sonunda tərəflər TDT Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin Birinci İclası Bəyannaməsini imzalayıblar. 2-ci toplantının 2026-cı ildə Türkiyə Respublikasında keçirilməsi qərara alınıb.