26 noyabr 2026-cı il tarixində Astanada, Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibinin Müavini Merey Mukazhan Türk Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin 4-cü Assambleyasında açılış nitqi söyləyib.
Nitqində Merey Mukazhan qadın sahibkarların Türk Dünyasında davamlı iqtisadi inkişaf, innovasiya və regional inteqrasiyanın təmin edilməsində oynadığı vacib rolu vurğulayıb.
O, Qadın Sahibkarlar Komitəsinin işgüzar qadınlar arasında əməkdaşlığın gücləndirilməsi, startapların və kiçik və orta sahibkarlığın dəstəklənməsi, eləcə də TDT-yə üzv dövlətlərdə daha inklüziv iş mühitinin təşviq olunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
Baş Katibin Müavini həmçinin qeyd edib ki TDT, qadınların iqtisadi səlahiyyətləndirilməsini təşkilatın prioritetləri sırasında saxlayır və vurğulayıb ki, qadınların ticarət, investisiya və rəqəmsallaşma sahələrində daha fəal iştirakı regionun ümumi rifahına və dayanıqlılığına mühüm töhfə verəcək.
Assambleyanın 4-cü Sessiyası TDT-yə üzv və müşahidəçi dövlətlərdən olan aparıcı qadın sahibkarları, işgüzar liderləri və müvafiq qurumların nümayəndələrini bir araya gətirərək, regional ticarətin artırılması, maliyyə resurslarına çıxışın yaxşılaşdırılması və qadın rəhbərliyi altında olan müəssisələr arasında şəbəkələrin gücləndirilməsi üzrə praktiki tədbirləri müzakirə edib.








