2021-ci ilin noyabrında İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının 8-ci Sammitində dövlət başçıları təbii fəlakətlərin təsirini azaltmaq və bərpa işlərinə töhfə vermək məqsədilə axtarış, xilasetmə və reabilitasiya üzrə birgə təşəbbüslər həyata keçirmək üçün “TDT Mülki Müdafiə Mexanizmi” adı ilə fövqəladə hallara cavab vermə bölməsinin yaradılmasını təşəbbüs etdi.
2022-ci ilin dekabrında Ankarada keçirilən TDT Fövqəladə Halların İdarə Edilməsi üzrə 1-ci Nazirlər Görüşündə nazirlər Mexanizmin tezliklə yaradılması məqsədilə işin davam etdirilməsinə razılaşdılar.
2023-cü il martın 16-da Ankarada keçirilən TDT-nin Fövqəladə Sammitində dövlət başçıları TDT Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Qərar imzaladılar və müvafiq orqanlara TDT Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişi bağlamağı tapşırdılar.
TDT Fövqəladə Halların İdarə Edilməsi üzrə 2-ci Nazirlər Görüşü 2023-cü ilin sentyabrında Bakıda keçirildi. 2-ci Nazirlər Görüşü çərçivəsində Bakıda “Bakı-2023 Beynəlxalq Təlim” fövqəladə hallar və fəlakətlərin idarə edilməsi təlimi keçirildi. Təlim TDT Mülki Müdafiə Mexanizminin real fəaliyyətini müşahidə etmək imkanı verdi.
TDT Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş 2024-cü il noyabrın 6-da Bişkekdə imzalanıb.
Ən son yenilənmə: 10:20:04