"21-ci Əsrin Parlayan Ulduzu: Türk Dövlətləri Təşkilatı"

"21-ci Əsrin Parlayan Ulduzu: Türk Dövlətləri Təşkilatı" adlı kitab, 3 noyabr 2023-cü ildə Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvəsinə həsr olunmuşdur və Türkiyə Respublikası Prezidentliyinin Kommunikasiya İdarəsi tərəfindən nəşr edilmişdir:
https://www.iletisim.gov.tr/images/uploads/dosyalar/21_YUZYILIN_PARLAYAN_YILDIZI_TDT.pdf
Prezident Rəcəb Tayyib Ərdoğan kitabın ön sözünü yazmışdır. Kitab, Türkiyənin Türk Dövlətləri Təşkilatının üzv dövlətləri ilə keçmişdən bu günə dostluq və qardaşlıq bağları ilə möhkəmlənmiş əlaqələrini iqtisadiyyatdan mədəniyyətə, nəqliyyatdan enerjiyə, səhiyyədən təhsilə, mediadan elm və texnologiyaya qədər bir çox sahədə təqdim edir.