Türk Dövlətləri Təşkilatı gömrük sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. Bu məqsədlə Gömrük İdarələrinin Rəhbərləri indiyə qədər 8 görüş, Gömrük üzrə İşçi Qrupu isə 11 görüş keçirmişdir. Üzv Dövlətlər və Gürcüstan üçün səlahiyyətli iqtisadi operator, gömrük nəzarətindən sonrakı audit və risk analizi mövzularında təlim seminarları Türkiyə Respublikasının Ticarət və Gömrük Nazirliyi tərəfindən müntəzəm olaraq təşkil olunur. Bundan əlavə, 2015-ci ilin fevralında Brüsseldə Türk Dövlətləri Təşkilatı və Dünya Gömrük Təşkilatı (WCO) arasında Anlaşma Memorandumu təşkilatların Baş katibləri tərəfindən imzalanmışdır. WCO-nun Baş katibi 2015-ci ilin iyul ayında Bişkekdə keçirilmiş Gömrük İdarələrinin Rəhbərlərinin 4-cü Görüşündə iştirak etmişdir.