XÜSUSİ NƏŞR – Türk Şurası: Naxçıvan Sazişinin 10-cu İldönümü

XÜSUSİ NƏŞR – Türk Şurası: Naxçıvan Sazişinin 10-cu İldönümü

Azərbaycan Respublikası 15 oktyabr 2019-cu ildə Bakıda Türk Şurasının Yeddinci Zirvəsinə ev sahibliyi etmişdir ki, bu da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qurulmasına dair 3 oktyabr 2009-cu il tarixli Naxçıvan Sazişinin 10-cu ildönümünə təsadüf etmişdir.
Bu münasibətlə, Naxçıvan Sazişinin 10-cu ildönümünü qeyd etmək üçün Türk Şurası Katibliyi və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi birgə olaraq Naxçıvan Sazişinin 10-cu İldönümünə və Türk Şurasının 7-ci Zirvəsinə həsr olunmuş Xüsusi Nəşr buraxmışdır.
“TÜRK ŞURASI: NAXÇIVAN SAZİŞİNİN 10-CU İLDÖNÜMÜ” adlı nəşrdə Türk Şurası Üzv Dövlətlərinin Dövlət Başçılarının məqalələri, Macarıstanın Baş Nazirinin salamlaşma nitqi, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərlərinin və Türk Şurası Üzv Dövlətlərinin Rəsmi Xarici Siyasət Araşdırma Mərkəzlərinin məqalələri yer almışdır.
Məqalələr ümumilikdə Naxçıvan Sazişinin imzalanmasından bəri əldə edilmiş nailiyyətlərə və tərəflərin əməkdaşlıq proseslərini yeni inteqrasiya səviyyəsinə çatdırmaq üçün perspektivlər və təkliflərinə fokuslanır.
Nəşr Türk Şurasının 7-ci Zirvəsi zamanı Üzv və Müşahidəçi Dövlətlərin Dövlət və Hökumət Başçılarına və Xarici İşlər Nazirlərinə təqdim edilmişdir.

Yüklənə bilən PDF faylı aşağıda verilmişdir.

Rəsmi sosial media hesabları: