İqtisadi Əməkdaşlıq Təşkilatı (EİT)

İqtisadi Əməkdaşlıq Təşkilatı (EİT)

İqtisadi Əməkdaşlıq Təşkilatına (EİT) 3 noyabr 2023-cü ildə Astanada keçirilmiş TDT-nin 10-cu Zirvə Toplantısında Dövlət Başçılarının Şurasının qərarı ilə TDT-də Müşahidəçi Statusu verilmişdir.

1964-cü ildə İran İslam Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası tərəfindən Regional İnkişaf üçün Əməkdaşlıq (RCD) adı ilə təsis edilən Forum, 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı (EİT) adını almışdır.

EİT regionu 460 milyondan çox əhalini əhatə edir və 8 milyon kvadrat kilometrdən çox əraziyə yayılmışdır. Bu region şimalı cənuba, cənub və şərqi qərbə, Asiyanı Avropaya və Avrasiya ilə Ərəb dünyasını birləşdirir. Qafqazın, Cənubi, Qərbi və Mərkəzi Asiyanın bəzi ölkələrindən ibarət olan EİT hökumətlərarası ən qədim təşkilatlardan biridir.

Təşkilatın təsis və əsas məqsədi regionda davamlı iqtisadi inkişafı təşviq etmək üçün əlverişli və uyğun şərait yaratmaq, üzv dövlətlərin ortaq rifah və inkişafını təmin etməkdir.

Rəsmi sosial media hesabları: